10 ildir yatağının altında saxlayırdı - Dəyəri 100 milyon dollar çıxdı

Baxış sayı:
8110

Flipinli bir balıqçı ona uğur gətirdiyinə inandığı nəhəng incini 10 ildir ki, yatağının altında saxlayır.
Balıqçı 34 kiloqram ağırlığındakı incinin həqiqi olub-olmadığını müəyyən etmək üçün onu bələdiyyəyə təslim edib. İncinin həqiqi olduğu sübut oldunduqda dəyərinin 100 milyon dolları keçə biləcəyi bildirilib.
Adı açıqlanmayan balıqçı ova gedərkən 30 santimetr genişliyində və 67 santimetr uzunluqda olan inci qayığının lövbərinə ilişib. Bundan sonra balıqçı 10 il müddətincə uğur gətirdiyinə inanaraq hər səhər bu inciyə toxunduğunu bildirib. İnci hazırda bələdiyyə binasında şüşə vitrində sərgilənməyə başlayıb.
Dünyanın ən böyük incisi rekordu 1939-cu ildə Palavan adasında tapılan Lao Tzu adlı inciyə aiddir. 6.4 kiloqram olan inciyə 2003-cü ildə 93 milyon dəyər qoyulmuşdu.