10 bəndlik Təhlükəsiz Bölgə Sazişi-Rusiya və Türkiyə Razılaşdı

Baxış sayı:
4522

Muxalifet.az xəbər verir ki, Türkiyə Xarici işlər naziri Çavuşoğlu Rusiya ilə əldə edilən Təhlükəsiz Bölgə Sazişinin detallarını açıqlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın Soçi şəhərində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşdü.
Ərdoğan etdiyi çıxışda "23 oktyabr günorta saat 12.00-dən etibarən 150 saat ərzində YPG terrorçuları və silahları, 30 kilometr ərazidən kənara çıxarılacaq. 150 saatın sonunda “Sülh Çeşməsi” əməliyyat bölgəsinin sərhədlərindən 10 kilometr qərb və şərq istiqamətində içəriyə doğru ərazilərdə Türk-Rus patrulları nəzarətə başlayacaq".
Yığıncaqda xarici işlər naziri Çavuşoğlu Təhlükəsiz Bölgə ilə bağlı sazişin detallarını açıqladı:
Təhlükəsiz Bölgə sazişi:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyası Dövlət Başçısı Vladimir Putin aşağıdakı mövzularda razılığa gəldilər:
1. Hər iki tərəf Suriyanın suverenliyinin və ərazi bütövlüyünün mühafizəsinə və Türkiyənin milli təhlükəsizliyinin qorunmasına dair öhdəliklərini təsdiq edirlər.
2. Terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizə aparmaq və Suriya ərazisindəki separatçı qrupları ləğv etmək əzmində olduqlarını bildirirlər.
3. Bu çərçivədə Tel Abyad və Ras Al Aynın daxil olduğu 32 km içərilərə doğru Sülh Çeşməsi əməliyyatı aparılan ərazilərdə mövcud status-kvo qorunacaqdır.
4. Hər iki tərəf Adana Sazişinin əhəmiyyətini təsdiqləyir. Rusiya Federasiyası mövcud şərtlərdə Adana Sazişinin həyata keçirilməsini asanlaşdıracaq.
5. 23 oktyabr 2019, günorta saat 12.00-dən etibarən, Rus hərbi polisi və Suriya sərhəd gözətçiləri, Sülh Çeşməsi əməliyyatından kənarda olan Türkiyə-Suriya sərhədinin Suriya tərəfinə, YPG dəstələri və silahlarının Türkiyə-Suriya sərhədindən 30 km kənara çıxarılmasını təmin etmək üçün girəcək. Bu əməliyyat 150 saat ərzində tamamlanacaq. Eyni saatda, mövcud Sülh Çeşməsi əməliyyatı bölgəsindən Qamışlı şəhəri istisna olmaqla qərb və şərq istiqamətində 10 km içəri ərazilərdə, Türkiyə-Rusiya ortaq patrul nəzarətinə başlanacaqdır.
6. Menbiç və Tel Rıfatdan olan bütün YPG dəstələri silahları ilə çıxarılacaq.
7. Hər iki tərəf, terror ünsürlərinin əraziyə sızmasının qarşısının alınması üçün lazımi tədbirlər görəcək.
8. Qaçqınların təhlükəsiz və könüllü şəkildə geri qaytarılmasını asanlaşdırmaq üçün birgə işlər aparılacaq.
9. Bu memorandumun icrasına nəzarət və əlaqələndirmə məqsədilə birgə monitorinq və yoxlama mexanizmi yaradılacaqdır.
10. Tərəflər Astana mexanizmi çərçivəsində Suriya münaqişəsinin daimi siyasi həlli üçün səylərini davam etdirəcək və Konstitusiya Komitəsinin fəaliyyətini dəstəkləyəcəkdir.