10 aydır boş qalan bu vəzifədə aylıq əmək haqqı 12 450 manata bərabərdir

Baxış sayı:
2278

Xəbər verdiyimiz kimi, dövlət büdcəsi hesabına ölkə Prezidentindən sonra ən yüksək əmək haqqını ölkəmizin Yaponiyadakı səfiri alır. 
Azərbaycan Prezidentinin 25 sentyabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq ölkəmizin Yaponiyadakı səfiri ay ərzində 645000 yen (5860 dollar) maaş alır. Eyni zamanda bu vəsaitin üzərinə əməkhaqqının 25%-i məbləğində aylıq təmsilçilik xərci də əlavə edilir. Bu isə o deməkdir ki, Yaponiyadakı səfirimizin aylıq əmək haqqı 7 325 dollar və ya mövcud məzənnə ilə 12 450 manat səviyyəsindədir.
Məlumat üçün onu da bildirək ki, bu ilin yanvar ayında Prezident İlham Əliyev Gürsel İsmayılzadəni  Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Gürsel İsmayılzadəni əvəzinə Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə yeni təyinat olmayıb.//Yeniavaz.com