1 nömrəli “qanuni oğru” kriminal aləmi bu həbsxanadan idarə edəcək - fotolar

Baxış sayı:
9730

MDB məkanında 1 nömrəli “qanunu oğru”, “Kürd Şakro” və ya “Şakro Molodoy” ləqəbi ilə tanınan Zaxari Kalaşov 9 il 10 aylıq həbs müddətini Krasnodardakı 2 saylı cəzaçəkmə müəssisəsində çəkəcək. Artıq ötən həftə o, 2 nömrəli “zon”a köçürülüb. 
“Şakro”nun hara köçürüləcəyi çoxdan kriminal aləmi maraqlandırırdı. Çünki nüfuzlu “qanuni oğru” bir neçə il Rusiyanın kriminal aləmini buradan idarə etməli olacaq.
Kuban bölgəsi kriminala həmişə həssas olub. “Şakro” üçün demək olar, bütün şərait yaradılıb ki, hətta tikanlı məftillər arxasında aparıcı mövqeyini qorusun.
Zaxari Knyazeviç Kalaşov 1953-cü il, martın 20-də Tiflisdə anadan olub. Milliyyətcə yezidi kürdüdür. 18 yaşı olanda o, SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona “qanuni oğru” adını 1971-ci ildə stalinizm həbsxanalarını da görmüş Avdo Mirzoyev verib. Ötən ilin martın 27-də məhkəmə “Şakro Molodoy” və onun 11 cinayət ortağını hədə-qorxu yolu ilə pul tələb etməkdə günahlandırıb.
Bəs, “Şakro Molodoy”un köçürüldüyü həbsxana haqda nə məlumatlar var?
Musavat.com internet resurlarından əldə etdiyi məlumatları təqdim edir.
Krasnodardan Dvubratski kəndinə qədər - təxminən 60 kilometrdir. Penitensiar sistem işçiləri buranı “Tyurmaqorod” adlandırır. Dvubratskidə həbsxana ötən əsrin 30-cu illərindən var. Qətl və xüsusilə ağır cinayətlərdə suçlananlar və residivistlər buraya cəza çəkməyə göndərilir. Burada bütün Krasnodar vilayətinin həbsxanasının yarısı yerləşir.
İki tibbi müalicə müəssisəsi, vərəmli dustaqlar üçün xəstəxana, 3 nömrəli qadın koloniyası ("troyka"da adlanır) və “Şakro”nun köçürüldüyü 2 saylı ciddi rejimin kişilər koloniyası ( bura isə "dvoyka həbsxanası" kimi tanınır). Koloniyalar hər zaman dolu olur, çünki Rusiyanın bir çox yerlərdən məhbuslar bura cəza çəkməyə göndərilir. 2018-ci ilin sonuna qədər olan məlumata görə, burada 5 minədək dustaq var. Bu qəsəbənin əhalisindən iki dəfə çoxdur.
Dvubratski kəndində yaşayanların əksəriyyəti də həbsxanalarda işləyənlər və onların ailələridir. Kənd Pentensiar Xidmətin balansındadır. Kəndin istilik, su, elektrik verilməsi koloniyaların hesabınadır.
2 saylı koloniyaya polkovnik Viktor Qovoruxin rəhbərlik edir. 2 saylı cəzaçəkmə koloniyası Krasnodar ərazisində ən böyük həbsxanadır. Burada məhkumların sayı təxminən 2000 nəfərdir. Onların əksəriyyəti Kuban sakinləridır.
Koloniyada orta məktəblər və peşə məktəbləri var. Məhkumlar elektrik qaynaqçı, torna, kərpic, tikiş və digər ixtisaslara yiyələnirlər. Koloniyanın öz çörəkbişirmə sexi var. 2002-ci ildən koloniyanın ərazisində kilsə də fəaliyyət göstərir. Bu kilsəni də dustaqlar xeyriyyəçilərin yardımı hesabına özləri tikib.