​ 1 milyon manatlıq dələduzluqla bağlı YENİ QƏRAR

Bu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyeva barəsindəki hökmdən zərərçəkmişlər tərəfindən verilən apellyasiya şikayətinə baxılıb.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə H. Allahverdiyeva barəsində yenidən tibbi ekspertiza keçirilməsi haqqında qərar qəbul edilib.
Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi H. Abdullayevanın cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlib. Onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edilib.
İttihama görə, H. Allahverdiyeva bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib. O, şirkət yaratmaq adı ilə vətəndaşları aldadıb və onların külli miqdarda pulunu ələ keçirib.
Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara ümumilikdə 1 milyon 200 min manat miqdarında ziyan dəyib. H. Allahverdiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir(apa).