1 milyard dollar verdilər! Hədəfdə Türkiyədir

Baxış sayı:
7087

 Suriyada Eyn əl-Arab (Kobani) döyüşlərinin ilk günlərindən etibarən PKK ilə yaxın münasibət qurmağa başlayan BƏƏ və Səudiyyə Ərəbistanının bu günə qədər terror təşkilatına 1 milyard dollar vəsait köçürdüyü ortaya çıxıb.
 
Ər-Riyad danışıqlarında Suriyalı müxalifləri təmsil edən Mustafa Seceri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanının PKK terror təşkilatına 1 milyard dollarlıq yardım göstərdiyini deyib. Seceri Səudiyyə naziri Ək Sebhanın terror təşkilatına yardım təşkilatını öz-özlüyündə idarə etdiyini və 2016 ili və sonra Suriyalı müxaliflərə qarşı Körfəz dəstəyinin tamamilə sona çatdığını söyləyib. Türkiyə ilə birlikdə yalnız bir neçə ölkənin Azad Suriya Ordusu (ÖSO) və müxalif qurumları dəstəkləməyi davam etdirdiyinə diqqət çəkən Seceri, "Ərəb ölkə rəhbərliklərinin qəflət vəziyyəti davam edir" deyib.
 
ARTIQ AÇIQ YARDIM EDİRLƏR
 
 PKK-ya körfəz ölkələrindən təşkilatlanmaq üçün verilən yardımın 1 milyard dolları ötdüyünü qeyd edən Seceri, terroru dəstəkləmək və rejimə müqavimətə mane olma məqsədli fəaliyyətləri belə nəql edib: "BƏƏ və Səudiyyə Ərəbistanı Eyn əl-Arab döyüşlərinin ilk günlərindən etibarən PKK ilə yaxın münasibət qurmağa başladı. O vaxt gizli edilən yardımlar 2016-cı ildən sonra daha açıq oldu. Təhsil, səhiyyə, ərzaq yardımı görünüşlü yardımlarla PKK dəstəkləndi. Suriyanın şimal və şərqindəki terrorçulara verilən hərbi, maliyyə dəstək bir müddət sonra siyasi ölçü qazandı.
 
MALİYYƏLƏŞDİRDİLƏR
 
 Səudiyyə Ərəbistanı və BƏƏ-dən çox sayda mülki yüksək səviyyəli məmurlar Qamışlı, Eyn əl-Arab, Eyn İsa, Münbiç və Rakkaya dəstək səfərləri edib. PKK-nın yerli təşkilatlanması mövzusunda verilən ciddi miqdardakı maliyyə dəstəyə əlavə olaraq regionda fəal Ərəb tayfalarını inandırmaq vəzifəsi də yenə BƏƏ və Səudiyyə Ərəbistanlı rəsmiləri tərəfindən təmin olunur. Təşkilata açıq olaraq 100 milyon dollar verdilər, ancaq işğal zonasına 2015-2019 dövründə aparılan körfəz yardımı 1 milyard dollara çatıb. PKK-ya gedən silah və sursatı maliyyələşdirmə ilə bərabər, Ərəb tayfalarını razı salmaq məsələsinə də ciddi bir maliyyə sərf olundu.
 
TÜRKİYƏNİN NÜFUZU HƏDƏF ALINIR
 
Ər-Riyad Konfransında 2 ildən çox müddət müzakirə heyətinin üzvü kimi iştirak etmişəm. BƏƏ və Səudiyyə rəsmilərinin davamlı olaraq Türkiyənin nüfuz sahəsini məhv etmə siyasəti daşıdığını gördük. Suriyada verdiyimiz şəhidlərin qanı üzərindən maraqlarına nail olmağa çalışan ölkələrin əsl üzünü 2015-dən sonra etdikləri seçim və kimlərlə müttəfiq olmalırınnda çox daha aydın gördük. BƏƏ və Səudiyyə hakimiyyəti müxalif qruplar üzərindən beynəlxalq arenada mövqe əldə etməyə çalışırdı. Müharibənin ilk dövründən etibarən parçalanmış müxalifət istəyənlərin əslində bu vəziyyətdən ciddi mənfəət əldə etdiklərini də yenə müzakirə prosesi ortaya çıxardı”.
Müxalifət.az