TƏYYARƏNİN TƏHLÜKƏSİZ HİSSƏSİ: Ön, yoxsa arxa? - Nəticə TƏƏCCÜBLÜDÜR

Baxış sayı:
7159

Elm adamları 105 təyyarə qəzasından xilas olan 2 min sərnişinin hansı oturacaqda əyləşdiyini araşdırıblar - nəticə təəccüblüdür

Digər nəqliyyat növləri ilə müqayisədə təyyarələrdə qəzalar çox az hallarda baş verir. Lakin uçaqda qəza oldusa, oradan sağ çıxmaq da müşkül məsələdir. Adətən təyyarənin qəzaya düşməsi havada motor və qanadlarda yaranan problemlə bağlı olur. Kiçik və ən çox baş verən qəbildən olan qəzalar isə təyyarənin qalxma və enməsi zamanı yaşanır. Hər bir halda qəzadan təyyarəni az itki ilə çıxarmaq pilotun peşəkarlığından asılıdır. Havada motorlar sönübsə, pilot təyyarəni idarə etməklə endirə bilər. Əgər o, peşəkardırsa və təyyarənin yanacaq çəni dolu deyilsə, ciddi qəza baş verməyəcək. Bu kimi təhlükəli hallarda təyyarənin içərisində sərnişinin harada oturması, onun qəza zamanı sağ qalmasına səbəb ola biləcək faktordur.  Yəni konkret desək, təyyarədə oturacaqların yerinin əhəmiyyəti var. Bəs bu əhəmiyyət nədən ibarətdir?

Moskvada baş verən təyyarə qəzası zamanı ölənlər əsasən arxada əyləşənlər olub. Çünki təyyarənin arxası alışıb. Bəs bu, bütün qəzalarda eynidirmi?

Məlumdur ki, təyyarənin uc hissəsinə yaxın olan ilk yerlər VİP yerlər sayılır. Burada uçmaq istəyən sərnişinlər, digərləri ilə müqayisədə daha çox xərc çəkirlər. Yəni biletlər bahalıdır. Həmin hissə (biznes klass), təyyarənin ümumi hissəsindən (ekonom klass) adətən pərdə və ya bu kimi örtüklə ayrılır. Buradakı oturacaqlar arxaya gedir, yumşaqlığı ilə fərqlənir, tualet və mətbəxdən uzaqda yerləşir. Bundan əlavə, yuxarıda qeyd etdiyimiz kimi, təhlükəsizlik baxımından da önəmlidir.

Təyyarələrdə təhlükəsizlik baxımından önəmli olan oturacaqlar çıxış qapılarına yaxın yerlərdir. Qəza zamanı çıxışa yaxın yerlərdə oturan sərnişinlər təyyarədən daha tez təxliyə olunurlar.

Əl baqajı nisbətən böyük olan sərnişinlər çox zaman arxa oturacaqlara meyl edirlər. Çünki həmin hissə bir qədər genişdir və eyni zamanda qarşıdan insan axını gəlmədiyi üçün orada əyləşənlər əl baqajlarını rahatlıqla yerləşdirə bilirlər. Ancaq unutmaq lazım deyil ki, təyyarənin yanacaq çənləri arxa oturacaqlara çox yaxın məsafədə yerləşir. Əgər təyyarə yanacağını tam yandırmadan, artıq çəki ilə eniş edirsə, məhz bu hissə alışır və həmin hissədə əyləşən sərnişinlərin ölüm riski qaçılmaz olur. Onu da qeyd edək ki, hava yolu şirkətlərinin oturacaq planları var. Əgər ekonom klasda ön sırada oturmaq istəyirsənsə, o zaman bilet üçün daha tez müraciət etmək lazımdır.

Uçaklar ile ilgili görsel sonucu

Hansı oturacaqlar daha təhlükəsizdir?

Amerika Federal Aviasiya Administrasiyasının məlumatlarını nəzərdən keçirən “Time” jurnalı  son 35 il ərzində təyyarə qəzalarını incələyib. Jurnal yazır ki, qəzalar zamanı təyyarənin arxasında olan orta oturacaqlarda əyləşənlər daha az zərər görüblər. Jurnal yazıb ki, əslində bu da qəzaya görə fərqlənir. Əgər təyyarə yerə çırpılırsa, hansı oturacaqda olmağın fərqi yoxdur - öləcəksən...

Uçaklar biznes ile ilgili görsel sonucu

Bəzi mütəxəssislər “VİP yer” fikrini, sadəcə olaraq, şirkətlərin kommersiya maraqları ilə əlaqələndirirlər.  Yəni nəzər yetirsək görərik ki, təyyarədəki yerlərin qiymətləri arasındakı fərq son illərdə xeyli artıb. Əksər hava yolları şirkətləri daha yaxşı yerlərə daha baha qiymət qoyurlar.

Uçaklar ile ilgili görsel sonucu

Bəzi şirkətlər ayaq uzatmaq üçün məkanı bol olan oturacaqlar üçün əlavə pul alırlar. Bir sıra başqa şirlkətlər isə sərnişin yeri özü seçdikdə əlavə haqq ödənməsini istəyirlər.

Ən arxa sırada və ya tualetlərə yaxın oturacaqlara məhkum olmamaq üçün səfərinizi əvvəlcədən planlaşdırın. Əgər hər hansı yer kateqoriyası üçün əlavə haqq ödəməmisinizsə, onda oturacağınız yer də arxadakı ekonom sinifli yerlərdən biri olacaq.

Elm adamları 105 təyyarə qəzasından xilas olan 2 min sərnişinin hansı kresloda oturduğunu araşdırıblar. Nəticəyə görə, dəhliz tərəfdə oturan sərnişinlərin 65 faizi təyyarə yanan zaman xilas ola biliblər. Bu göstərici ön cərgədə oturanlara da aiddir. Yəni nəticədən belə çıxıb ki, bileti bahalı olan biznes klasda oturanların təhlükəsizliyi, ekonom klasda dəhlizə yaxın olan oturacaqlarda əyləşənlərlə eyni dərəcədə təmin olunur.  Bildirilir ki, təyyarələrdə ən təhlükəli yer pəncərə tərəfdə olan yerlərdir. 

Bütün hallarda hava yolu şirkətləri tövsiyə edirlər ki, hər bir sərnişin uçuşdan öncə verilən təlimatları dinləməli, qəza zamanı nələr etməli olduğunu öyrənməlidir./musavat.com