RUSİYADAN SENSASİON İDDİA - "ABŞ Türkiyəni bombalamaq istəyir"

Baxış sayı:
10813

ABŞ təyyarələri Türkiyəni təhdid etməyəcəyi halda, S-400 zenit-raket sistemləri də F-35-lər üçün təhdid yaratmayacaq.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya Hərbi Ekspertlər Assosiasiyasının eksperti Aleksandr Perenciyev bildirib.

“Bu mövzuyla əlaqədar bəzi məqamlar tamamilə səhv təqdim edildi. ABŞ təyyarələri Türkiyəni təhdid etməsə, S-400 sistemləri F-35-lər üçün heç bir təhdid yaratmayacaq. Bu səbəbdən burada təməl ünsür S-400 və F-35 deyil, Türkiyə ilə ABŞ arasındakı əlaqələr sistemidir. S-400 sistemləri yalnız Vaşinqtonun Türkiyənin təhlükəsizliyini təhdid edəcəyi halda, F-35 təyyarələri üçün təhlükə yarada bilər. ABŞ-ın narahatlıq yaradan açıqlamaları bir az fərqli bir şeyi, yəni Vaşinqtonun Türkiyəni bombardman variantı üzərində dayandığını göstərir. Bu variant tətbiq olunacağı halda, S-400 sistemləri bütün planları pozacaq və təhdid ünsürü halına gələcək. Əgər ABŞ belə bir addım atmazsa, S-400-lər onlar üçün heç bir təhdid yaratmayacaq”, - rusiyalı ekspert deyib.

Onun sözlərinə görə, 'S-400 sistemləri ABŞ-I Türkiyəyə hörmət göstərməyə məcbur edir.

Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “S-400 sistemləri Türkiyədə olarsa, F-35-lərin sisteminə girər” iddiasını doğru və həqiqi hesab etmirik” söyləmişdi.