​Mahir Mədətov qapıçının burnunu sındırdı - VİDEO

Baxış sayı:
11119

Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la oyunda “Keşlə”nin qapıçı Şahin Zəkiyevin burnu sınıb.
O, 17-ci dəqiqədə buraxılan ilk qol zamanı zədələnib. 
“Qarabağ”ın hücumçusu Mahir Mədətovun dizi 19 yaşlı Şahin Zəkiyevin burnuna tuş gəlib. O, 23-cü dəqiqədə Davud Kərimi ilə əvəzlənib. Gənc qapıçı xəstəxanaya çatdırılıb.
Onun burnunda və almacıq sümüyündə sınıq var.
Qeyd edək ki, sözügedən oyunda “Qarabağ” “Keşlə”nini 3:0 hesabı ilə məğlub edib./oxu.az