​İranda sel 19 can aldı - DƏHŞƏTLİ VİDEO

Baxış sayı:
6451

İranda yağan şiddətli yağışlar selə səbəb olub.
Şiraz şəhərində leysan yağışlar səbəbindən meydana gələn sel “Qurani-Kərim Qapısı” prospektindəki avtomobilləri sürükləyib. Nəticədə 19 nəfər həlak olub, 94 nəfər xəsarət alıb.
İran polisindən verilən məlumata görə, prospektdəki sel fəlakətində 200-dən çox avtomobili sular yuyub aparıb.
Qeyd edək ki, İranın şimal, şimal-qərb, cənub və cənubi-qərbində ötən həftədən davam edən şiddətli yağışlar bəzi çayların qarşısında inşa edilən bənd və körpülərin uçmasına, yüzlərlə evin su altında qalmasına səbəb olub./olke.az