Güləşçimiz erməni dünya çempionunu belə məğlub etdi - VİDEO

Baxış sayı:
9859

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə yarışa start verilib. Beş güləşçimiz döşək üzərinə çıxıb.

İslam Abbasovun təsnifat mərhələsində almaniyalı Denis Kudlanla görüşü 1:1 hesabı ilə nəticələnib. Qələbə idmançımıza verilib. Abbasov 1/8 finalda Rusiya təmsilçisi Davit Çakvetadzedən üstün olub - 2:1. O, 1/4 final mərhələsində ermənistanlı dünya və Avropa çempionu Maksim Manukyana heç bir şans verməyib - 6:1. Abbasov yarımfinalda Belarus təmsilçisi Mikalay Stadubla qarşılaşacaq.

55 kq

Təsnifat - Eldəniz Əzizli - Sebastyan Kolompar (Serbiya) - 9:4

1/4 final - Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (Gürcüstan) - 9:0

yarımfinal - Eldəniz Əzizli - Vitali Kabaloyev (Rusiya)

63 kq

Təsnifat - Taleh Məmmədov - Donior İslamov (Moldova) - 8:3

1/4 final - Taleh Məmmədov - Mixai Mihut (Rumıniya) - 8:7

yarımfinal - Taleh Məmmədov - Stiv Andre Berge (İsveç)

77 kq

Təsnifat - Elvin Mürsəliyev - Roland Şvarts (Almaniya) - 0:6

87 kq

Təsnifat - İslam Abbasov - Denis Kudla (Almaniya) - 1:1

1/8 final - İslam Abbasov - Davit Çakvetadze (Rusiya) - 2:1

1/4 final - İslam Abbasov - Maksim Manukyan (Ermənistan) - 6:1

yarımfinal - İslam Abbasov - Mikalay Stadub (Belarus) 

130 kq

Təsnifat - Sabah Şəriəti - Stepan David (Çexiya) - 7:1

1/8 final - Sabah Şəriəti  - Rıza Kayaalp (Türkiyə) - 0:5

Videonu izləmək üçün şəklə klikləyin:

Güləşçimiz İslam Abbasov dünya çempionu olan erməni rəqibini məğlub edərək yarımfinala yüksəldi