Daşqın İranı viran qoyub - Çox sayda kənd təxliyə edilir

Baxış sayı:
2416

İran dövlət televiziyasının şənbə günü verdiyi məlumata görə, rəsmilər ölkənin cənub-şərqində yerləşən Xuzestan vilayətində su altında qalan daha altı kəndin təxliyəsinə göstəriş verib.

Vilayətin qubernatoru Qolamrza Şariati dövlət televiziyasına bildirib ki, xilasedici komandalar sakinləri yaxınlıqdakı sığınacaqlara aparır. Bu sığınacaqlar arasında üç ordu barakı var.

Təxliyəyə dair göstəriş əlavə yağış və daşqınların gözləndiyi vaxta təsadüf edib.

Şariati deyib ki, baraj və su anbarlarından buraxılan fövqəladə sualar da daşan suyun həcmini artırıb, lakin bu cür tədbirlər barajların daşmalarının qarşısını almaq üçün mühümdür, çünki çay suyunun səviyyəsi artmağa davam edir.

Gənc kişilərdən orada qalıb yardım əməliyyatlarına kömək etmələri istənilib.

Daxili işlər naziri Əbdülrza Rəhmani Fazlı dövlət televiziyasına bildirib ki, vilayətətin 5 milyonluq əhalisindən təxminən 400 mini risk altındadır.

On bir şəhər və onlarla kənd evakuasiya edilib. Vilayətin paytaxtı, 1.7 milyon sakini olan Əhvəz daxil olmaqla böyük şəhərlərdə evakuasiyaya dair göstəriş verilməyib.

İranın neft hasilatının təxminən 80 faizinin asılı olduğu vilayətdəki neft təsislərinə heç bir ziyan dəyməyib.

Xuzestan vilayəti, İran

Xuzestan vilayəti, İran

Rəsmilər ölkənin qərb hissəsində illərdir davam edən quraqlıqdan sonra baş verən böyük daşqın nəticəsində ölənlərin sayının 70 olduğunu bildirir.

Daşqınların vurduğu ziyanlara görə elysan yağışlardan savayı çayların ətrafındakı bina və yolların tikintisində təhlükəsizlik qaydalarına riayət olunmaması səbəb olaraq göstərilir.