“Barselona” qalib gəldi, “Yuventus”dan heç-heçə - Nəticələr

Baxış sayı:
6961

Çempionlar Liqasında 1/4 finalın daha 2 oyunu keçirilib.
Muxalifet.az xəbər verir ki, gecənin ən maraqlı qarşılaşması İngiltərədə baş tutub. 
1/8 finalda PSJ-ni yarışdan uzaqlaşdıran "Mançester Yunayted" öz meydanında "Barselona"nı qəbul edib. Maraqlı epizodlarla yadda qalan görüş qonaqların minimal (0:1) hesablı qələbəsilə yekunlaşıb. 
Günün digər oyununda isə qalib müəyyənləşməyib. Belə ki, "Ayaks" doğma azarkeşlər önündə "Yuventus"la heç-heçə (1:1) edib. 
Qeyd edək kİ, komandalar arasında cavab qarşılaşmaları aprelin 16-da olacaq.