Bakıda qardaşı bıçaqlayan ikinci bacı da öldü

Baxış sayı:
11800

Aprelin 16-da Bakıda qardaşı tərəfindən ağır yaralanan bacı xəstəxanada vəfat edib.
 
1976-cı il təvəllüdlü Muxtar Əhlimanov ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı  Buzovna qəsəbəsində yaşayan  bacısı, 1964-cü təvəllüdlü Səəadət Əhlimanovanı bıçaqlayaraq öldürüb, daha sonra digər bacısı 1962-ci il təvəllüdlü  Məlahət Əhlimanovu bıçaqlayaraq xəsarətlər yetirmişdi. Ağır yaralı olan M.Əhlimanova xəstəxanaya yerləşdirilib, dünən isə orada vəfat edib.
 
Faktla bağlı Xəzər rayon prokurorluğunda başlanan cinayət işi Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsinə tövsif edilib. Muxtar Əhlimanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib./qafqazinfo