Altıncı mərtəbədən yıxılan uşaq sağ qaldı - VİDEO

Baxış sayı:
11854

ABŞ-ın Vaşinqton ştatının Redmond şəhərində altıncı mərtəbənin mənzilinin pəncərəsindən yıxılan körpə möcüzəvi şəkildə sağ qalıb.

Bu barədə “KIRO-TV” portalı məlumat yayıb.

İnsident aprelin 10-da baş verib. Yerli polis idarəsinin məlumatına görə, bir il səkkiz aylıq uşaq yataq otağında tək, anası və bacısı isə qonşu otaqda olublar.

Ehtimala görə, uşaq ananın otağın havasını dəyişmək üçün açdığı pəncərəyə qalxaraq, oradan aşağı yıxılıb. Aşağıda dayanan avtomobilin üzərinə düşdüyündən zərbə yumşalıb və uşaq sağ qalıb.

“Mazda” markalı avtomobilinə ziyan dəymiş şəxs uşağın bəxtinin gətirdiyini hesab edir. Çünki həmin gün işə maşını ilə yox, motosikleti ilə yollanmağa qərar veribmiş. Reanimasiyada olan uşağın vəziyyətinin ağır, lakin sabit olduğu bildirilir.