18 yaşlı qız 20 yaşlı oğlanı bıçaqladı - BAKIDA

Baxış sayı:
15367

Paytaxtda bıçaqlanma hadisəsi qeydə alınıb.

Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Nizami rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, aprelin 8-də, gündüz saatlarında 20 yaşlı paytaxt sakini Yusifov Anar Pirəli oğlu döş nahiyəsinin deşici bıçaq yaraları ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına daxil olub.

Araşdırma nəticəsində insidentin Nəsimi küçəsi, ev 2 ünvanının qarşısında baş verdiyi müəyyən edilib.

25-ci polis bölməsinin əməkdaşları şübhəli şəxs qismində 18 yaşlı S.S.-ni saxlayıblar (saxlanılan şəxsin adı hələlik açıqlanmır).

İlkin məlumata görə, bıçaqlanma gənclər arasında olan şəxsi münasibətlər zəminində baş verib.